Farslar Asenanı bu işarəyə görə döydülər Video

31.01.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Güney Azərbaycanda yaşayan mədəni fəal Asena Türk ləqəbli xanım Bozqurd işarəsi göstərdiyi üçün fars qadınlar tərəfindən döyülüb.

Bu barədə Axar.az-a hadisə şahidləri videogörüntü göndərib.

İnsident Tehranın Azadi stadionunda “Traktor”-“Perspolis”oyunu zamanı baş verib.

Görüntülərdə “ Yaşasın Azərbaycan!” deyə qışqıran xanım Bozqurd işarəsi göstərir. Bu isə onun yanında olan qadınların narazılığı ilə qarşılanır və türk xanıma hücum edirlər.

Döyülən xanımın hadisədən sonra sosial şəbəkələrdə şəkli yayılıb. Onun sifətində qan izləri aşkar görünür. Buna etiraz edən güneyli milli fəallar Asena Türkə dəstək nümayişinə başlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью