Fasadı uçulub tökülən körpü təhlükə saçır VİDEO

31.07.2026

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qopan fasad körpüdən keçən sürücülər üçün təhlükə mənbəyinə çevrilib. Böyükşor yolundakı körpüdə qəzalı vəziyyət yaranıb.

Avtosfer.az Xəzər Tv-yə istinadən xəbər verir ki, sürücülər deyir ki, onsuz da bu yolda gecə-gündüz sıxlıq müşahidə olunur, əgər körpünün qəzalı hissəsi bərpa olunmazsa daha ciddi problemlər yaşana bilər:

Bəzi sürücülər isə narahatlığa baxmayaraq bu yoldan hər gün istifadə etməli olduqlarını deyirlər.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, görüntülərə baxmayaraq həmin ərazidə risk ehtimalı yoxdur.

O ki, qaldı fasadın bərpa olunması məsələsinə qurum rəsmisinin sözlərinə görə, yaxın günlərdə problem öz həllini tapacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью