Fasiləli oruc sağlamlıq problemləri yarada BİLƏR

10.07.2025

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Fasiləli oruc tutmaq hormonal balanssızlığa və digər sağlamlıq problemlərinə səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, bu haqda kosmetoloq və dietoloq Daria Teslenko lenta.ru-ya müsahibəsində məlumat verib.

Mütəxəssis qeyd edib ki, bu pəhriz növü ilə bağlı əsas risklərdən biri yemək pəncərəsinin həddindən artıq azaldılmasıdır.

Teslenko bu cür oruc rejiminin yalnız sanatoriya və ya ixtisaslaşmış tibb müəssisələrində, mütəxəssislərin nəzarəti altında tətbiq edilməsini tövsiyə edib.

Həkimin sözlərinə görə, nəzarətsiz fasiləli oruc tiroid və cinsi hormonların istehsalının azalmasına, zəiflik, yorğunluq, diqqət dağınıqlığı, vitamin və mineral çatışmazlığı, susuzluq və hətta qanazlığına səbəb ola bilər.
O, vurğulayıb ki, bəzi insanlar üçün bu cür pəhriz ümumiyyətlə yolverilməzdir.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью