Fasiləyə qədər: liderdən autsayderə kimi

13.11.2024

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Premyer Liqasında XIII tur başa çatıb. Milli komandaların oyunlarına görə yaranan fasiləyə “Qarabağ” lider, “Araz-Naxçıvan” ikinci kimi daxil olub. “Üçlüy” isə “Turan Tovuz” tamamlayır.

13 turdan sonra çempionatda ən çox qol vuran komanda “Qarabağ”dır. Ehtiyatda bir oyunu olan “atlılar” 32 qol vurub, 6-nı buraxıb. Bu göstəricidə 22 qolla “Sabah” ikinci sırada qərarlaşıb. “Üçlüy”ü 19 qolla “Turan Tovuz” tamamlayır. İkinci pillədə yer alan “Araz-Naxçıvan” isə 16 qol vurub.

13 tura ən çox qol buraxan komanda autsayder “Kəpəz”dir. Gəncə təmsilçisi 33 qol buraxıb. “Sarı-göylər”in vurduğu qol sayı isə 10-dur. “Kəpəz” Premyer Liqada ən az qol vuran üç komandadan biridir. Digərləri də 10 qolla “Sumqayıt” və “Səbail”dir.

Uğursuz mövsüm keçirən və autsayder “Kəpəz”dən cəmi 3 xal öndə olan “Neftçi” ilə bağlı da maraqlı statistika var. Belə ki, “ağ-qaralar” çempionatda ən çox heç-heçə edən kollektivdir – 7 dəfə. “Neftçi” 13 oyunun 5-də uduzub, cəmi bir qələbə qazanıb. Paytaxt təmsilçisi qələbə sayında hamıdan geri qalır.

Lider “Qarabağ” ən çox qələbə qazanandır (10), autsayder “Kəpəz” isə ən çox uduzan (10).

Kamil Əhməd

Əsas xəbərlər, Manşet, Premyer liqa Premyer Liqanın məğlubiyyətsiz qonaqları

12 Noyabr 2024, 10:18

Əsas xəbərlər, Ölkə futbolu “Kəpəz”də istirahət vaxtı

11 Noyabr 2024, 12:11

Əsas xəbərlər, Manşet, Ölkə futbolu Santuşdan anlaşılmaz dəyişiklik

11 Noyabr 2024, 11:19

Əsas xəbərlər, Premyer liqa Bauk, Saldanya və Əliyev

11 Noyabr 2024, 10:39

Əsas xəbərlər, Manşet, Premyer liqa Tura baxış: “Araz-Naxçıvan” fürsəti boşa vermədi

11 Noyabr 2024, 8:02

Əsas xəbərlər, Ölkə futbolu Millidə dəyişiklik: “Zirə”lini “Qarabağ”lı əvəz etdi

10 Noyabr 2024, 21:41

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью