Icma.az, Xalqcebhesi saytına istinadən bildirir. Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən Azərbaycan Respublik
Bu haqda DFJD-nın mətbuat xidmətindən saytımıza məlumat verilib.
Layihənin məqsədi Azərbaycanın İkinci Dünya müharibəsindəki rolu, tarixi və strateji əhəmiyyətinin xarici auditoriyaya tanıdılması, müxtəlif ölkələrdə Azərbaycanın müharibədə iştirakı ilə bağlı doğru və obyektiv informasiya yayılması, dünya ictimaiyyətində azərbaycanlı qəhrəmanların təbliğ olunmasıdır.
Bu layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər geniş auditoriyaya yönəldilib.
Layihənin əsas hədəfi xarici jurnalistlər, analitiklər, tədqiqatçılar, Qərb, Asiya və digər bölgələrdəki siyasi qərarvericilər, ümumilikdə isə beynəlxalq ictimaiyyətin Azərbaycanın müharibədəki rolu və xalqımızın göstərdiyi fədakarlıqlar barədə məlumatlandırılmasıdır.
3 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində Azərbaycanın İkinci Dünya müharibəsində rolu və əhəmiyyəti, neft və digər təbii sərvətlərin cəbhəyə göndərilməsi, insanların mübarizə ruhu, soydaşlarımızın döyüşlərdə iştirakı, onların göstərdiyi igidliyin müasir nəsillərə ilham verməsi, 44 günlük Vətən müharibəsində qəhəramanlıq irsinin davam etməsi və s.
mövzularla bağlı Rusiya, Belarus, Fransa, Özbəkistan, Qırğızıstan, Ukrayna, Gürcüstan, Türkiyə və Avstraliya KİV-lərində məqalələr dərc olunacaq və radio verilişlər yayımlanacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.