““Fast food” həmişə təhlükəli deyil” HƏKİM

19.01.2025

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

““Fast food” yemək həmişə təhlükəli deyil. Belə qidalar özlüyündə zərərli deyil”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Rusiyanın Qidalanma və Biotexnologiya Federal Tədqiqat Mərkəzinin Uşaq qastroenterologiyası, hepatologiya və pəhriz terapiyası şöbəsinin aparıcı elmi işçisi Yelena Pavlovskaya deyib.

Onun sözlərinə görə, “fast food” müntəzəm istehlak edildikdə sağlamlıq üçün təhlükəlidir. “Moskva” agentliyi ilə söhbətində tibb elmləri doktoru tez-tez, təhlükəsiz miqdarda və həkim tərəfindən heç bir əks göstəriş olmadıqda, “fast food” yeməyi mümkün hesab edib.

Y.Pavlovskaya bu cür yeməyin icazə verilən maksimum barədə də danışıb:

“Ayda bir və ya iki dəfədən çox olmayaraq, kiçik hissələrlə istehlak edilərsə, sağlam uşaq və ya yeniyetmə üçün zərər verməyəcək”.

Xəzər
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью