“Fast food” mərkəzlərindən tutmuş restoranlara kimi bir çox yerlərdə həddindən artıq qida israfçılığı baş verir AZƏRTAC

19.11.2024

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 19 noyabr, AZƏRTAC

Yaponiyanın qlobal emissiyalarla bağlı əhəmiyyətli dərəcədə təşəbbüsləri var. “Fast food” mərkəzlərindən tutmuş restoranlara kimi bir çox yerlərdə həddindən artıq qida israfçılığı baş verir və bu məkanlar da maarifləndirilməli, onlarla sıx əməkdaşlıqlar qurulmalıdır.

AZƏRTAC xəbər verir ki, bunu Yaponiyanın qlobal ətraf mühit münasibətləri üzrə nazir müavini Matsuzava Yutaka noyabrın 19-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mavi Zonada “İqlim fəaliyyəti üçün üzvi tullantılardan metan azaldılması (ROW)” üzrə yüksəksəviyyəli tədbirdə deyib.

Nazir müavini çıxışında, həmçinin metan ixracını azaldan yeni texnologiyaları mövcud olan əməkdaşlıq vasitəsilə Afrika ölkələrinə yaymağın vacibliyini qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью