Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Şəhərdə və ətraf ərazilərdə "fast food" mağaza zincirlərinin çoxalması, fərqli adda restoranların açılmasını müşahidə edirik.
Sürətli qida zənciri milli mətbəx anlayışını çocdan geridə qoyub. Son zamanlar bu cür restoranlara tələbatın artmasının səbəbi nədir?
"Son zamanlar ölkəmizdə sürətli qidalanma üzrə vərdişlərə yiyələnən və sürətli qida ilə öz gündəlik qida ehtiyacını təmin edən istehlakçıların sayı artıb.
Sürətli qidalanma sahəsi olan "fast food" istehsal edən müəssisələr də kifayət qədər çoxalıb.
Buna səbəb insanların gündəlik həyat tərzində qidaya daha az zaman ayırmaq istəmələri və sürətli həyat tərzi keçirmələridir.
Bu təkcə ölkəmizdə deyil, bütün dünyada bu cür izah edilir".
Bu sözləri Demokrat.az-a "Refresh Group" icraçı drektoru, qida mütəxəssisi Seymur Qafarov deyib: Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə olan, sınaqdan keçmiş sürətli qidalanma restoranları ölkəmizə də hazır modul üzərindən gətirilir:"Həmin modula qida məhsullarının tərkibindəki dəyərlər, karbon emissiyası, normalar, daşınmasında istifadə olunan qabların müşahidə edici sənədləri, miqrasiya normalı daxildir.