Fastfudun qorxulu ZƏRƏRLƏRİ

11.06.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fastfud dedikdə çoxumuzun ağlına yalnız yağlı və kalorili qidalar gəlir. Amma bu məhsulların ən təhlükəli tərəflərindən biri gizli şəkər tərkibli olmasıdır.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə TƏBİB-in feysbuk səhifəsində maarifləndirici məlumat payaşılıb.

Bildirilib ki, burger sousları, ketçup, mayonez, qazlı içkilər, hətta bəzi kartof qızartmaları da özündə əlavə şəkər ehtiva edir.

Bu isə qanda şəkərin miqdarının sürətlə yüksəlməsinə, qısa müddət sonra isə yenidən aclıq hissinin yaranmasına gətirib çıxarır.
Fastfud məhsullarında şəkərin istifadəsini minimuma endirmək mümkündür: 

*Souslardan az istifadə edin;

*Qazlı içkiləri su ilə əvəzləyin;

*Fastfud qəbulunu mümkün qədər məhdudlaşdırın;

*Evdə hazırlanmış sağlam qidalara üstünlük verin.

Fastfudun zərərləri yalnız yüksək yağ tərkibi ilə məhdudlaşmır.

 Tərkibindəki əlavə şəkərlər də sağlamlıq üçün ciddi risk yarada bilər.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью