Fateh Terim Bakıya gəlir

14.11.2024

Icma.az bildirir, Manset portalına istinadən.

Məşhur türkiyəli məşqçi Fateh Terim Bakıya gəlir.

Manset.az-ın Qol.az-a istinadla verdiyi məlumata görə, səfər Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində "Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə yaradılacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizəsi alyansı ilə bağlı olacaq.

Qeyd edək ki, alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da saat 14:00-da Mavi zonanın "Nəsimi" zalında baş tutacaq və Mavi zona üçün akkreditasiyadan keçən hər kəs üçün açıq olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью