Fateh Terimdən Qarabağla bağlı paylaşım Foto

18.11.2024

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyəli tanınmış mütəxəssis Fateh Terim "Qarabağ" klubuna təşəkkür edib.

Axar.az xəbər verir ki, bununla bağlı F.Terim İnstaqram hesabında paylaşım edib.

"Mehriban dəvətinə görə "Qarabağ" klubuna təşəkkür edirəm. Komandaya uğurlu mövsüm arzulayıram".

Qeyd edək ki, F.Terim Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində “Qarabağ”ın təşəbbüsü ilə təşkil olunan futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə iştirak etmək üçün Bakıya səfər etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью