Fateh Terimin yeni iş yeri müəyyənləşib

27.12.2024

sport24.az saytına istinadən Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Şabab" Fatih Terimi baş məşqçi postuna gətirdiyini açıqlayıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komandanın sosial şəbəkə hesabında video paylaşılıb və "salam, İmperator" yazılıb.

Qeyd edək ki, Fatih Terim son olaraq Yunanıstanda "Panatinaikos" klubunun baş məşqçisi olub. 71 yaşlı mütəxəssis Türkiyə millisində və "Qalatasaray"da bir sıra tarixi nailiyyətlər əldə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью