Fati 6 həftəlik sıradan çıxdı

28.10.2026

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

Fransanın "Monako" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Ansu Fati sıradan çıxıb. İspaniyalı vinger Liqa 1-in VIII turunun "Lill"lə matçında (1:1) zədələnib.

Tibbi müayinə nəticəsində onun sol budunun arxa hissəsində (əzələ qrupunda) zədə aşkar edilib. 23 yaşlı futbolçunun sağalması üçün təxminən 6 həftə vaxt tələb olunacağı gözlənilir.

Qeyd edək ki, "Monako" Ansu Fatini 2025-ci ilin yayında "Barselona"dan transfer edib. İspaniya millisinin sabiq üzvü cari mövsümdə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 5 rəsmi matçda 2 qol vurub.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью