Fati bu kluba “hə” dedi

27.05.2025

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Barselona”nın futbolçusu Ansu Fati karyerasını Fransada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, ispan hücumçu “Monako” ilə razılaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Tərəflər arasında bir müddətdir davam edən danışıqlar müsbət yekunlaşıb.

“Monako” 22 yaşlı futbolçunu satınalma hüququ ilə birlikdə icarəyə götürəcək.

Fati bu mövsüm “Barselona” ilə 11 oyuna çıxıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью