Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Barselona"nın futbolçusu Asnu Fati sıradan çıxıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı hücumçu bu gün məşqdə dizindən zədələnib. Onun 4 həftə yaşıl meydanlardan uzaq olacağı bildirilir. Bu, Fatinin hazırkı mövsüm ərzində ikinci zədəsidir.
Qeyd edək ki, daha öncə "Barselona"nın futbolçuları Robert Levandovski və Lamin Yamal zədələnmişdi.