Fatih 24 günə 9 kiloqram arıqladı (Foto)

15.08.2026

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

"Kızılcık Şerbeti" serialında canlandırdığı "Fatih" obrazı ilə tanınan türkiyəli aktyor Doğukan Güngör görünüşündə etdiyi dəyişikliklə diqqət çəkib.

Milli.Az xəbər verir ki, aktyor 24 günlük hərbi xidmət müddətində 9 kiloqram çəki itirib. Güngör hərbi xidmətdən sonra daha fit görünüşü ilə kamera qarşısına çıxıb.

Aktyor bununla yanaşı saç və saqqal stilini də dəyişərək yeni imic yaradıb.

Qeyd edək ki, aktyor Kanal D-də yayımlanacaq "Haysiyyət" serialı ilə ekranlara qayıtmağa hazırlaşır.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью