Fatih Altaylının “Youtube” kanalı bloklanıb

08.08.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyədə prezidentə hədə-qorxu gəlməkdə ittiham olunaraq həbs olunan jurnalist Fatih Altaylının “Youtube” kanalı bloklanıb.

APA xəbər verir ki, dünən İstanbul məhkəməsi bununla bağlı qərar qəbul edib.

Məhkəmənin qəbul etdiyi qərar icra olunmaq üçün İnformasiya Texnologiyaları Qurumuna (BTK) göndərilib.

Qeyd edək ki, Altaylının ittihamnamə üzrə ilk məhkəmə prosesi oktyabrın 3-ü baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью