Fatih Tekke Buaddiyə heyran qaldı Qiymətini görüb zarafata saldı

03.07.2026

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Trabzonspor”un baş məşqçisi Fatih Tekke DÇ-2026-da Mərakeş millisinin futbolçusu Ayyub Buaddi barədə maraqlı açıqlama verib.

Apasport.az xəbər verir ki, türkiyəli mütəxəssis yarımmüdafiəçinin oyununu yüksək qiymətləndirib.

“Mərakeşin 6 nömrəsi son illərdə gördüyüm ən yaxşı “6 nömrə”lərdən biridir. Onu izlədikdən dərhal sonra prezidentə göndərdim. Sonra qiymətinə baxdım, 50 milyon avro yazılıb. Dedim, eybi yox, bunu sonra alarıq”, - deyə Tekke gülərək bildirib.

Qeyd edək ki, söhbət Mərakeş millisinin yarımmüdafiəçisi Ayyub Buaddidən gedir. 19 yaşlı futbolçu Fransanın “Lill” klubunda çıxış edir. 

Natan Ake rəsmən ”FƏNƏRBAXÇA”DA “Real”da yeni kapitan müəyyənləşir: Mourinyonun seçimi “Latsio”dan müdafiəçi transferi - Rəsmi Ter Ştegen “Barselona”dan ayrılır: “Ayaks”la razılıq əldə olundu “Tottenhem” onu saxlamadı: Palinya “Bavariya”ya qayıdır
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью