Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin “Trabzonspor” klubunun vitse-prezidenti Serkan Kılıç baş məşqçi Fatih Tekke ilə qarşılıqlı razılıq əsasında yolların ayrıldığını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Trabzon təmsilçisinin sosial şəbəkə hesablarında məlumat yayılıb.
Xatırladaq ki, bundan əvvəl UEFA Avropa Liqasının pley-off mərhələsində Macarıstanın “Ferentsvaroş” klubuna uduzaraq mübarizəni dayandıran “Trabzonspor”da Fatih Tekke istefa verdiyini bəyan etsə də, həmin vaxt rəhbərlik onun bu qərarını qəbul etməmişdi.