Fatih Terim Azərbaycana gəldi

15.11.2024

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tanınmış türkiyəli futbol mütəxəssisi Fatih Terim "Qarabağ"ın dəvəti ilə Azərbaycana gəlib.

Fəxri qonaq "Qarabağ" futbol klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə iştirak edəcək.

Qeyd edək ki, Fatih Terim məşqçi kimi Türkiyə millisində və "Qalatasaray" klubunda böyük uğurlar qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью