Fatih Terim Bakıda

15.11.2024

Icma.az, Lent az saytına istinadən bildirir.

Tanınmış türkiyəli futbol mütəxəssisi Fatih Terim “Qarabağ”ın dəvəti ilə Azərbaycana gəlib.

Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, fəxri qonaq “Qarabağ” futbol klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə iştirak edəcək.

Qeyd edək ki, Fatih Terim məşqçi kimi Türkiyə millisində və “Qalatasaray” klubunda böyük uğurlar qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью