Fatih Terim “Barselona“ ilə matçda xüsusi vəzifədə olacaq

30.09.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

"Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terim UEFA Çempionlar Liqasında İstanbul təmsilçisinin "Barselona" ilə oyununda texniki müşahidəçi kimi fəaliyyət göstərəcək.

Moderator.az xəbər verir ki, bu barədə Terim jurnalist Levent Tüzemenə açıqlamasında məlumat verib.

Təcrübəli mütəxəssis bildirib ki, UEFA ona tapşırılan qarşılaşmaları yerində izləyərək texniki analiz hazırlamasını istəyir.

Terim qeyd edib ki, ötən mövsüm Çempionlar Liqasının 1/4 final mərhələsində keçirilən "Arsenal" - "Sportinq" matçını Londonda izləyib və UEFA-nın texniki müşahidəçisi kimi hesabat hazırlayıb.

O, oktyabrın 13-də keçiriləcək "Qalatasaray" - "Barselona" qarşılaşmasında da UEFA üçün analiz aparacağını açıqlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью