Fatih Terim: Belə oyun görməmişdim

11.01.2025

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

"Əl-Şəbab"ın türk baş məşqçisi Fatih Terim Səudiyyə Ərəbistanı çempionatının 14-cü turunda "Əl-Əhli"yə uduzduqları (2:3) matç haqqında danışıb.

QOL.az xəbər verir ki, həmin görüş Terimin ölkə çempionatında ilk oyunu olub. Oyunun ilk 13 dəqiqəsi ərzində Terimin komandası 0:2 hesabı ilə geri düşüb.

Mütəxəssis isə qarşılaşmanın onu təccübləndirdiyini bildirib: "Baş məşqçilik karyeram ərzində çox təcrübəm olub. Amma belə oyun görməmişdim. İlk 60 dəqiqə ərzində mübarizə apardıq. Amma 3-dən çox qol buraxa bilərdik. Bəlkə də sonda hesabı bərabərləşdirə də bilərdik. Amma bu, mənim düşüncəmi dəyişdirməzdi. Çünki həm fərdi, həm də kollektiv şəkildə səhvlərimiz oldu". 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью