Fatih Terim də Bakıya gəlir

14.11.2024

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyəli məşhur məşqçi Fatih Terim də Bakıya gələcək.

"Unikal" xəbər verir ki, tanınmış mütəxəssis COP29-un tədbirlərində iştirak edəcək.

Terim "Qarabağ" Futbol Klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində futbol klublarının iqlim dəyişikliyi ilə mübarizə alyansının toplantısında təmsil olunacaq.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью