Fatih Terim evinə bayraq asdı, gündəm oldu FOTO

13.05.2025

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Qalatasaray"ın keçmiş direktoru Fatih Terim Bodrumdaki evinə "Qalatasaray" bayrağı asıb.

Ölkə.az Milli.Az-a istinadən xəbər verir ki, Fatih Terimin bu hərəkətinin 12 may qalibiyyət il dönümündə olması da diqqət çəkib.

Xatırladaq ki, Fatih Terim hazırda  Səudiyyə Ərəbistanının Pro Liqa komandası olan "Əl-Şəbab"ın baş məşqçisidir.

Qeyd edək ki, 12 may 2012-ci ildə oynanılan super finalda "Fənərbağça" və "Qalatasaray" komandaları üz-üzə gəlib. Kadıköydə keçirilən qarşılaşma 0-0 bitib və Fatih Terimin idarə etdiyi "Qalatasaray" çempion elan edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью