Fatih Terim Qarabağ klubunun bazasını ziyarət edib

17.11.2024

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda səfərdə olan türkiyəli tanınmış mütəxəssis Fatih Terim, "Qalatasaray"ın idarə heyətinin üzvləri İbrahim Hatipoğlu və Emin İmanov "Qarabağ" klubunun bazasını ziyarət ediblər.

Oxu.Az xəbər verir ki, qonaqlar ilk olaraq komandanın məşqini izləyib və baş məşqçisi Qurban Qurbanov ilə görüşüblər.

Sonra Azərbaycan çempionunun baş direktoru Emrah Çelikel ilə görüşən tanınmış mütəxəssis Fatih Terimə və "Qalatasaray"ın idarə heyətinin üzvü İbrahim Hatipoğluna ziyarətin sonunda klubun adından xüsusi hədiyyə təqdim edilib.

Sonda xatirə fotosu çəkilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью