Fatih Terim rəsmən Ərəbistan klubunda: Nə qədər qazanacaq?

27.12.2024

Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyəli mütəxəssis Fatih Terimin işsiz günləri rəsmən başa çatıb.

Publika.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Şabab" onu baş məşqçisi kimi elan edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komandanın sosial şəbəkə hesabında paylaşılan videoda "salam, İmperator" yazılıb.

Türkiyə mətbuatının məlumatına görə, Terimin ərəblərlə anlaşmasının müddəti cari mövsümün sonuna qədərdir. Terim bu müddətdə 1,6 milyon dollar qazanacaq. Tərəflər bir-birindən razı qalarsa, sözləşmə daha bir il müddətinə uzadıla bilər.

Məşqçilər korpusunda daha iki türkiyəli mütəxəssis - Hamza Hamzaoğlu ve Levent Şahin də yer alacaq.

Qeyd edək ki, 71 yaşlı məşqçi son olaraq Yunanıstanda "Panatinaikos" klubunda çalışıb. O, may ayında istefa verib.

Heybət

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью