Fatih Terim restoranda hesabı qeyri adi üsulla ödədi

14.11.2026

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

“Qalatasaray”ın əfsanəvi baş məşqçisi Fatih Terim restoranda 83 min Türkiyə lirəsi məbləğində hesabı qeyri-adi üsulla ödəməsi iddiası ilə gündəmə gəlib.

Lent.az xəbər verir ki, məşhur məşqçinin şam yeməyindən sonra hesabı nağd pul və ya bank kartı ilə ödəmək əvəzinə restoran sahibinə üç ədəd imzalı “Qalatasaray” forması verdiyi iddia olunur.

Yayılan fotoda Fatih Terimin restoran əməkdaşlarının yanında futbol formalarını imzaladığı görünür.

Lakin hesabın həqiqətən formalarla ödənildiyi rəsmi şəkildə təsdiqlənməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью