Fatih Terim yeni klubundakı işinə qələbə ilə başladı

06.01.2025

Manset saytına istinadən Icma.az xəbər verir.

Türkiyəli mütəxəssis Fatih Terim Səudiyyə Ərəbistanı təmsilçisi "Əş-Şabab"ın baş məşqçisi kimi ilk oyununda qələbə qazanıb.

Manset.az xəbər verir ki, onun komandası Kral Kubokunun 1/4 finalında "Əl-Feyha"ya 2:1 hesabı ilə qalib gələrək yarımfinala adlayıb.

"Əş-Şabab" Fatih Terimin rəhbərliyi altında növbəti matçını Səudiyyə Ərəbistanı Pro Liqasının XIV turunda "Əl-Əhli"yə qarşı keçirəcək.

Qeyd edək ki, Terim son olaraq Yunanıstanda "Panatinaikos" klubunun baş məşqçisi olub. 71 yaşlı mütəxəssis Türkiyə millisində və "Qalatasaray"da bir sıra tarixi nailiyyətlər əldə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью