Fatih Terimdən “Qarabağ”la bağlı PAYLAŞIM

18.11.2024

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

"Qarabağ"ın dəvəti ilə Azərbaycanda səfərdə olmuş türkiyəli məşhur məşqçi Fatih Terim Ağdam klubuna təşəkkürünü bildirib.

Adalet.az xəbər verir ki, o, "İnstaqram" hesabında  yazıb:

"Mehriban dəvətinə görə "Qarabağ" klubuna təşəkkür edirəm. Komandaya uğurlu mövsüm arzulayıram".

Qeyd edək ki, Fatih Terim Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində "Qarabağ"ın təşəbbüsü ilə təşkil olunan futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə iştirak etmək üçün Bakıya gəlmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью