Fatih Terimdən Qarabağla bağlı PAYLAŞIM

18.11.2024

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Qarabağ"ın dəvəti ilə Azərbaycanda səfərdə olmuş türkiyəli tanınmış mütəxəssis Fatih Terim Ağdam klubuna təşəkkür edib.

Redaktor.az xəbər verir ki, Türkiyə millisinin sabiq çalışdırıcısı bu barədə İnstaqram hesabında yazıb:

"Mehriban dəvətinə görə "Qarabağ" klubuna təşəkkür edirəm. Komandaya uğurlu mövsüm arzulayıram".

Xatırladaq ki, F.Terim Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində “Qarabağ”ın təşəbbüsü ilə təşkil olunan futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə iştirak etmək üçün Bakıya səfər etmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью