Fatih Terimdən “Qarabağ”la bağlı paylaşım Şəkil

18.11.2024

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Qarabağ"ın dəvəti ilə Azərbaycanda səfərdə olmuş türkiyəli tanınmış mütəxəssis Fatih Terim Ağdam klubuna təşəkkür edib.

QOL.az xəbər verir ki, Türkiyə millisinin sabiq çalışdırıcısı bu barədə İnstaqram hesabında  yazıb:

"Mehtiban dəvətinə görə "Qarabağ" klubuna təşəkkür edirəm. Komandaya uğurlu mövsüm arzulayıram".

Xatırladaq ki, F.Terim Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində “Qarabağ”ın təşəbbüsü ilə təşkil olunan futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə iştirak etmək üçün Bakıya səfər etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью