Fatih Terimdən uğurlu “siftə”

07.01.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Səudiyyə Ərəbistanı təmsilçisi “Əş-Şabab” türkiyəli mütəxəssis Fatih Terimin baş məşqçiliyi altında ilk oyununa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, Terimin komandası Kral Kubokunun 1/4 finalında “Əl-Feyha”ya 2:1 hesabı ilə qalib gələrək yarımfinala adlayıb.

Qeyd edək ki, “Əş-Şabab” növbəti matçını Səudiyyə Ərəbistanı Pro Liqasının XIV turunda “Əl-Əhli”yə qarşı keçirəcək.

Xatırladaq ki, Terim son olaraq Yunanıstanda “Panatinaikos” klubunun baş məşqçisi olub. O, yeni klubunda Vitor Pereyranı əvəzləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью