Fatih Terimi ərəb klubunda ispaniyalı mütəxəssis əvəzləyib

04.07.2025

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Türkiyəli tanınmış baş məşqçi Fatih Terim Səudiyyə Ərəbistanının “Əl-Şəbab” komandasından ayrılıb. SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, artıq mütəxəssisi həmin postda əvəzləyəcək şəxs də müəyyənləşib. Son olaraq İspaniya təmsilçisi "Real Sosyedad"da işləmiş İmanol Alquasil 72 yaşlı çalışdırıcının yerinə baş məşqçi təyin olunub. Onunla 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Əl-Şəbab" Fatih Terimin rəhbərliyi altında ötən mövsüm Səudiyyə Ərəbistanı Pro Liqasını 6-cı pillədə başa vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью