Fatih Terimin futbolçuları məşqə çıxmaqdan imtina etdilər

04.03.2025

Icma.az, Qol.az saytına istinadən bildirir.

Türk mütəxəssis Fatih Terimin baş məşqçilik etdiyi "Əl-Şəbab"da böyük böhran yaranıb.

QOL.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı mətbuatı məlumat yayıb.

3 aydır maaşlarını ala bilməyən futbolçular klub rəhbərliyinə sərt reaksiya göstəriblər. Onlar məşqə çıxmaqdan imtina ediblər. 

Bundan əlavə, bildirilir ki, “Əl-Şabab”ın prezidenti Məhəmməd Əlmünayemin idarəçiliyindən narazı olan bəzi klub rəsmiləri vəzifələrindən istefa veriblər.

Qeyd edək ki, "Əl-Şəbab" hazırda ölkə çempionatında 39 xalla turnir cədvəlinin 6-cıdır.  F.Terim ötən ilin dekabr ayından bu komandanı baş məşqçisidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью