Fatih Terimin komandası son dəqiqədə 3 xala sevindi

28.01.2025

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Futbol üzrə Səudiyyə Ərəbistanı Pro Liqasında XVII turun oyunlarına yekun vurulub.

Apasport.az xəbər verir ki, son oyun günündə Fatih Terimin rəhbəlik etdiyi “Əl-Şabab” evində “Əl-Feyha” ilə qarşılaşıb.

İlk hissəni Hamdallahın qoluyla öndə tamamlayan ev sahibləri 2-ci hissədə üstünlüyünü qoruya bilməyib. 57-ci dəqiqədə qonaqlar hesabı bərabərləşdiriblər.
Lakin matçın son dəqiqələrində səhnəyə yenə Hamdallah çıxıb. 90+6-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən futbolçu komandasına 3 xal qazandırıb.

Gərgin keçən görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticə ilə Terimin çalışdırdığı komanda xallarının sayını 29-a çatdıraraq turnir cədvəlinin 6-cı pilləsinə yüksəlib.
Səudiyyə Ərəbistanı Pro Liqası
XVII tur

19:10. “Əl-Şabab” – “Əl-Feyha” – 2:1

A Seriyası : “Cenoa” doğma meydanda qələbə qazandı “Lion” baş məşqçisini istefaya göndərdi “Bavariya”da Noyerin taxtına yeni namizəd "Fənərbaxça"nın yeni transferi Anderson Talişka İstanbula gəlib A Seriyası: autsayderlərin dueli sülhlə başa çatdı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью