Fatih Terimin yeni klubu

26.12.2024

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fatih Terim baş məşqçiliyə qayıdır.

QOL.az xəbər verir ki, bu barədə Türkiyənin bir çox media qurumu məlumat yayıb.

71 yaşlı mütəxxəsisin karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcəyi iddia olunub. Bu məqsədlə “İmpetaror” ləqəbli mütəxəssisin bu gün həmin ölkəyə yollanacağı və müqavilə bağlayacağı bildirilib.

Terimin “Əl Şabab” klubunda işləyəcəyi qeyd olunub. Bu günlərdə həmin klubun baş məşqçisi Vitor Pereira vəzifəsini tərk edib. 

“Al Şahab” hazırda yerli liqada 6-cı yeri tutur.

Xatırladaq ki, Fatih Terimin son klubu Yunanıstan “Panatinaikos”u olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью