Fatih Terimin yerinə məşhur məşqçi gətirilib

04.07.2025

Mia.az saytına istinadən Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanının "Əl Şabab" komandası ötən mövsüm "Real Sosyedad"ın sükanı arxasında olan ispaniyalı məşqçi İmanol Alquacil ilə anlaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən mövsüm Fatih Terimlə 6 aylıq müqavilə bağlayan "Əl Şabab" bu dəfə ispaniyalı məşqçi ilə iki il müddətiinə sənəd imzalayıb.

Xəbərdə ona ödəniləcək maaş haqda məlumat açıqlanmayıb.

Qeyd edək ki, komanda Fatih Terimin rəhbərliyi altında ötən mövsüm liqanı 6-cı pillədə başa vurub.

Fərid ASLAN
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью