Olay.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fatih Ürekin vəfatından sonra sosial mediada sənətçinin qadağan olunmuş maddə istifadə etdiyi üçün səhhətinin pisləşdiyi iddiaları yayılıb.
OLAY yazır ki, mətbuatda yer almayan bu iddialarla bağlı Fatih Ürekin 3,5 ay reanimasiyada müalicə aldığı xəstəxana açıqlama verib.
Xəstəxananın məlumatına görə, Fatih Ürek 15 oktyabr 2025-ci ildə 112 Təcili Yardım briqadası tərəfindən entübe vəziyyətdə xəstəxanaya gətirilib və qəbuldan sonra bütün zəruri təcili və intensiv tibbi müdaxilələr tam şəkildə həyata keçirilib.
Evdə ilk müdaxilə mərhələsində, xəstəxanaya daşınma zamanı və hospitalda yatışı dövründə aparılan klinik qiymətləndirmə və müalicələrdə hər hansı qadağan olunmuş maddə istifadəsinə dair heç bir tapıntı və ya məlumata rast gəlinməyib.
Açıqlamada qeyd olunub ki, sosial mediada yayılan iddialar tibbi reallıqlarla uyğun gəlmir və ictimaiyyətin düzgün məlumatlandırılması üçün bu bəyanat verilib.