Fatimə polisə şikayət etdi

22.07.2026

Icma.az, Axsham.az saytına istinadən bildirir.

Rəqqasə Fatimə Fətəliyeva sosial şəbəkədə onu təhqir edən şəxs barədə hüquq-mühafizə orqanlarına müraciət edib.

Axşam.az xəbər verir ki, sənətçi bununla bağlı instaqram hesabında yazıb. O bildirib ki, naməlum şəxs tərəfindən şərəf və ləyaqətini alçaldan, təhqiredici paylaşımlar edilir.

Fatimə qeyd edib ki, tanınmış sima olduğu üçün bu cür hərəkətlər onun nüfuzuna və şəxsi həyatına ciddi zərər vurur:

“Xahiş edirəm, bu şəxsin kimliyinin müəyyən edilməsi və qanunvericiliyə uyğun şəkildə araşdırılması üçün lazımi tədbirlər görülsün. Heç kəsin başqa bir şəxsin şərəf və ləyaqətini alçaltmaq hüququ yoxdur. Ümid edirəm ki, müraciətimə operativ baxılacaq və qanun çərçivəsində müvafiq tədbirlər görüləcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью