Fatimə psixoloji durumundan danışdı: Mənə həkim lazımdır

06.07.2026

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Fatimə Fətəliyeva səhhətində yaranan problemdən danışıb.

"Yeni Sabah" xəbər verir ki, o, "İncə səhər" verilişində son vaxtlar özünü psixoloji baxımdan yaxşı hiss etmədiyini bildirib.

O, həkim yardımına ehtiyacı olduğunu deyib: "Daxili ruhum yerində deyil. Mənə nevropatoloq lazımdır. Mənə həkim lazımdır. Gərgin vəziyyətdəyəm". pizza

Gərginliyin əsas səbəbinin anasının səhhəti ilə bağlı narahatlıq olduğunu qeyd edib. Onun sözlərinə görə, anasının uzun müddətdir davam edən sağlamlıq problemləri bu vəziyyətə təsir göstərib.

Xatırladaq ki, Fatimə Fətəliyeva daha əvvəl anasının yaddaşını tədricən itirdiyini açıqlamışdı.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью