Fatimənin adından dələduzluq

21.09.2026

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Bir neçə vaxtdır məşhurlardan müxtəlif yollarla pul almağa çalışan dələduzların növbəti hədəfi bu dəfə rəqqasə Fatimə Fətəliyeva olub.

Axşam.az xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkədə paylaşım edib:

"Əziz izləyicilərim, dostlarım, tanıdığım və məni tanıyan insanlar. Buradan sizə səslənirəm ki,adımdan istifadə edən dələduzlar çoxalıb. Birdən mənim adımdan sizə müraciət etsələr ki, pul lazımdır, inanmayın və bilin ki, o mən deyiləm".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью