Icma.az, Olay.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rəqqasə Fatimə Fətəliyeva əlavə məşğuliyyətindən danışıb.
OLAY yazır ki, “Qonaqcanlı”da yer alan sənətçi yoqa etməsindən bəhs edib:
“3 aydır yoqa ilə məşğulam. Bir də görürsüz, məclisdən yorğun gəlirsən. Nə qədər olmasa da, 6 saat dikdabanda məclis aparanda insan yorulur. Səhər oyanmalısan, saatın səsi gələndə deyirəm, bəlkə bu gün yatım. Sonra fikirləşirəm ki, güclüyəm, oyanıb üzümü yuyuram, gedirəm. Bədənimdəki bütün ağrılar çəkilib. Yuxu sistemim düzəlib”.