Fatinin gələcəyi sual altında: TRANSFER NİYƏ GECİKİR?

12.06.2026

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Barselona”nın futbolçusu Ansu Fatinin “Monako”ya keçidi sual altına düşüb.

Apasport.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Transferin yekunlaşmasına futbolçunun maaş məsələsi mane olur. “Monako” 23 yaşlı hücumçunu “Barselona”dan 11 milyon avroya almağa razılıq versə də, Fatinin yüksək maaşı danışıqları çətinləşdirib.

Futbolçunun Kataloniya klubu ilə hazırkı müqaviləsinə əsasən, onun növbəti mövsümdə illik məvacibi 14 milyon avroya yüksələcək. “Monako” bu məbləği ödəməyə hazır deyil, Fati isə maaşından imtina etmək istəmir.

Qeyd edək ki, Ansu Fatinin “Barselona” ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. O, ötən mövsümü icarə əsasında “Monako”da keçirib və 30 matçda 12 qol vurub.

"Bavariya" rəsmisi: “Real”ın onun bir ayağını belə ala biləcəyinə əmin deyiləm "Arsenal"ın yeni transfer hədəfi: "ROMA"DAN "Barselona"dan Torres qərarı: YENİ MÜQAVİLƏ DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA? Ev sahibi Kanada Bosniya və Herseqovinaya qarşı - YENİLƏNİR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью