Fatma Mahmudova beyin infarktı keçirdi VİDEO

20.11.2024

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Xalq artisti Fatma Mahmudova beyin infarktı keçirib. 
Bizim.Media olay-a istinadən xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Qonaqcanlı” verilişində məlumat yayıb.
 

Proqramın aparıcısı Aytəkin Mərdanova “Aylarla bunu gizlədib. Qızı Nigar deyir ki, anam telefonla danışırdı, elə bildik gülür. Amma gördük rəngi dəyişdi, halı pisləşdi” sözlərini dilə gətirib.


Qızı İntizar isə aparıcının bu açıqlamasına “Çox qorxduq, sarsıntı keçirtdik. Allah heç bir övlada bunu yaşatmasın. Sağalması 6-7 ay çəkdi” fikirlərini ifadə edib.
F.Mahmudova səhhəti ilə bağlı “Həmin vəziyyətdə səhnəyə də, efirə də çıxdım. Heç kimə vəziyyətimin belə olduğunu bildirmədim” açıqlamasını verib.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью