Fatma Mahmudova palataya köçürüldü KONKRET

31.01.2025

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İnsult keçirən Xalq artisti Fatma Mahmudovanın səhhəti yaxşılaşıb, palataya köçürülüb.

Bu barədə KONKRET.az-a aktrisanın qızı Nigar Tofiq məlumat verib.

Onun sözlərinə görə, anası artıq palata şəraitində müalicə alır: “Yəqin ki, yaxın zamanlarda evə buraxılacaq”.

Qeyd edək ki, Xalq artisti Fatma Mahmudova yanvarın 29-da insult keçirərək özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью