Fatma Mahmudovadan XƏBƏR VAR

04.02.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Beyin insultu keçirərək xəstəxanaya yerləşdirilən Xalq artisti Fatma Mahmudovanın son durumu açıqlanıb.

Bu barədə Bakıvaxtı.az-a aktrisanın qızı Nigar Tofiq məlumat verib.

Hazırda anasının vəziyyətinin yaxşı olduğunu bildirən N.Tofiq onun müalicəsinin xəstəxanada davam etdiyini söyləyib.

Xatırladaq ki, Fatma Mahmudova yanvarın 29-da insult keçirərək özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью