Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
İqlim maliyyələşdirilməsinə qlobal ehtiyac ildə 7,5-9 trilyon dollar təşkil etdiyi halda, mövcud maliyyə axınlarının həcmi təxminən 1,9 trilyon dollara çatır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə COP31-in baş direktoru, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri nazirinin müavini Fatma Varank Bakıda keçirilən Dördüncü İqlim Həftəsinin açılış mərasimində deyib.
O qeyd edib ki, COP31-in missiyası konkret iqlim hədəflərini real nəticələrə, layihələrə və investisiyalara çevirməkdir.