Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Azərbaycan dövləti öz gücünə Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etdikdən sonra qarşıda dayanan əsas vəzifə həmin ərazilərin bərpa olunmasıdır.
Ötən dörd il ərzində bu istiqamətdə mühüm işlər həyata keçirilib.
Bu dövrdə Böyük Qayıdış proqramı çərçivəsində minlərlə keçmiş köçkün doğma yurdlarına qayıdıb.
Eləcə də, həmin ərazilərdə yeni müəssisələr yaradılır ki, bu da doğma yurdlarına qayıdan əhalinin məşğulluğunun təmin edilməsi üçün vacib addımdır”.
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Qarabağın və Şərqi Zəngəzurun bərpasında Azərbaycana dost və qardaş ölkələr də fəal iştirak edirlər.
Bu baxımdan, Türkiyənin müvafiq şirkətlərinin yaxından iştirakı təqdirəlayiqdir.