Fatmayı və Goradildə elektrik enerjisində kəsinti yaranıb

26.09.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bağlar Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bəzi ərazilərdə təmir-bərpa işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Oxu.Az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, bağlar ETSİ ərazisində bu gün 110/35/6 kV-luq 136 saylı yarımstansiyada 6 kV-luq bölmələrdə təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 9:00-dan Fatmayı və Goradil bağlarında, eləcə də kəndlərin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq edilib.

Məhdudiyyətin 13:00-dək davam edəcəyi bildirilir.

Məlumata görə, təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью